01.09.2013
Prezidentə dəstək, 2013

Muxtar respublikada digər rəsmi geyim formaları ilə birlikdə məktəbli geyim formaları da istehsal edən “Zümrüd Tekstil MMC” fəaliyyətini genişləndirib. Müəssisə 1997-ci ildə yaradılıb. İstehsal gücü gün ərzində 150 dəst kostyum olan “Zümrüd Tekstil MMC”-də Türkiyə, Yaponiya və Almaniya mənşəli son model rəqəmsal avadanlıq qurulub. Burada yüksək keyfiyyətli parçalardan həm məktəblilər, həm də müxtəlif təşkilatların əməkdaşları üçün uniformalar tikilir. Yeni dərs ili ərəfəsində məktəbli formalarına yüksək tələbat olub. Buna görə də satış işini asanlaşdırmaq, vaxt itkisini azaltmaq üçün bazarlarla yanaşı, formaların Naxçıvan şəhərində və bütün rayonlarımızdakı məktəbli yarmarkalarında da satışı təşkil edilib. Malların satış qiyməti isə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təyin etdiyi qiymətlər əsasında tənzimlənib. Hazırda müəssisədə 45 nəfər daimi işlə təmin olunub.